Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra itkin düşənlərin axtarışları davam edərkən, ən çox ölüm hallarının yaşandığı Derna şəhərində bir gündə 245 nəfərin cəsədi tapılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Liviya Milli Birlik Hökumətinə bağlı Təcili Tibbi Yardım və Dəstək Mərkəzinin sözçüsü Malik Mersit açıqlamasında hər gün çox sayda itkin xəbəri aldıqlarını söyləyib.
Merşit, mərkəzə bağlı qrupların dünən Dernanın bir çox nöqtəsində 245 cəsəd tapıldığını bildirib.
Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və bir çox sahil nöqtələrində axtarış işlərinin davam etdiyini qeyd edib.
Xatırladaq ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olmuşdu.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç, Liviyada sentyabrın 19-da baş verən daşqınlarda 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu bildirib.
QAZİLER.AZ