Kanada federal hökuməti sentyabrın 22-də Ukraynaya əlavə "Leopard 2" tanklarının tədarükünü elan edib.
Bu barədə RBC-Ukrayna CTV News-a istinadən xəbər verir.
Qeyd olunur ki, 2022-ci ilin yanvar ayından Kanada 9,8 milyard Kanada dollarından çox hərbi, iqtisadi və humanitar yardım göstərib.
Federal hökumət həmçinin Rusiyaya qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib, Ukrayna əsgərlərinə təlim keçmək üçün Kanada qüvvələrini Avropaya göndərib və ölkədə 175 mindən çox ukraynalıya sığınacaq verib.
QAZİLER.AZ