Almaniyalı alim anti-Azərbaycan qüvvələrinə cavab verib

Almaniyalı alim anti-Azərbaycan qüvvələrinə cavab verib backend

Almaniyanın https://nex24.news xəbər portalında “Türkoloq Hess: “Qarabağda nə baş verir?” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş Üzrə Dövlət komitəsindən Qaziler.az-a bildirilib ki, Almaniyalı türkoloq alim Mixael Heynhard Hessin qələmə aldığı məqalədə Qarabağ münaqişəsinin tarixi, Ermənistan və Qarabağdakı erməni separatçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi barədə ətraflı məlumat verilib. Ermənistanın təcavüzkar siyasətinin insanlığa zidd hərbi cinayətlər, soyqırımlar, deportasiyalar, etnik təmizləmələr, misli görünməmiş vandalizmlə müşayiət olunduğuna diqqət cəlb edilib.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 26 il yerinə yetirilmədiyi siyasi, iqtisadi və hərbi cəhətdən güclənən Azərbaycanın təkbaşına 2020-ci ilin payızında cəmi 44 gün ərzində öz torpaqlarını işğaldan azad etməyə məcbur olduğu vurğulanıb. Lakin Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi, hərbi təxribatları davam etdirməsi səbəbindən Azərbaycanın 19 sentyabr 2023-cü il tarixində öz torpaqlarının Rusiya silhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində lokal antiterror tədbirlərinə başladığı bildirilib. Azərbaycanın bir gün ərzində “dövlətin içində dövlət” formalaşdırmağa cəhd edən işğalçıları və separatçıları sülhə vadar etdiyi və öz Konstitusiya quruluşunun bərpasına nail olduğu nəzərə çatdırılıb. “Görəsən, “Reyxsburger” kimi separatçılar Federal Respublikada zenit silahları quraşdırsalar, Almaniya əslində nə edərdi?”, - deyə alim soruşub.

Müəllif qeyd edib ki, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən  Azərbaycanın heysiyyatı ilə oynamağa çalışan anti-Azərbaycan qüvvələri elə beynəlxalq hüquq müstəvisində acı məğlubiyyətə uğrayıblar: “Ukrayna və ya Azərbaycan kimi ölkələrin bu cür davranışı qəbul etmədiyini görmək Avropa siyasətçiləri üçün necə xoşagəlməz haldır. Halbuki Azərbaycan mahiyyət etibarilə Sovet İttifaqının dağılmasından sonra BMT-nin bütün üzvləri, o cümlədən bu yaxınlarda Ermənistan tərəfindən tanınan ərazi bütövlüyünün tam bərpasında təkiddən başqa heç nə etmir”.

Məqaləni aşağıdakı linkdən ətraflı oxumaq mümkündür:

https://nex24.news/2023/09/tuerkologe-hess-was-passiert-in-karabach/

Diaspora