ABŞ Senatının Beynəlxalq Komitəsinin rəhbəri korrupsiyada ittiham olunub

ABŞ Senatının Beynəlxalq Komitəsinin rəhbəri korrupsiyada ittiham olunub backend

ABŞ Prokurorluğu demokrat senator Menendesi korrupsiyada ittiham edir.

Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesə qarşı korrupsiya ittihamı irəli sürülüb.

Bu barədə  sentyabrın 22-də Nyu-Yorkun cənub dairəsi üzrə prokurorluq X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

İttiham aktına görə, onun həyat yoldaşı Nadine Menendes də şübhəli şəxsdir. Senator və həyat yoldaşı Nyu-Çelsidən olan 3 iş adamı ilə korrupsioner münasibətlərdə ittiham olunur.

Prokurorluğun fikrincə, cütlük rüşvət alıb və bu sahibkarları qorumaq və ölkənin hərbi və kəşfiyyat xidmətləri ilə əlaqə quraraq Misir hökumətinə fayda vermək üçün güc və nüfuzdan istifadə ediblər.

Bundan əlavə, senator və həyat yoldaşının zərflərdə, paltarlarda, şkaflarda və seyfdə saxlanılan 550 min dollardan çox pulu olduğu müəyyən edilib.

QAZİLER.AZ

Diaspora