Latviya hökuməti Rusiyada qeydiyyatdan keçmiş avtomobillərin ölkədə olmasını qadağan edən yeni qanun layihəsi hazırlayır.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, sənədin mətninə əsasən, Belarus nömrəli avtomobillər də qadağan olunacaq. Avtomobil sahibləri qanunu pozarsa, nəqliyyat vasitələri müsadirə olunacaq.
“Latviyanın Ədliyyə Nazirliyi Rusiya və Belarusda qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Latviyada qalmasının qarşısını alacaq qanun layihəsi hazırlayacaq”, - nazir bildirib.
QAZİLER.AZ