Qadağalara baxmayaraq, çinlilər ilk “iPhone”u almağa tələsiblər

Qadağalara baxmayaraq, çinlilər ilk “iPhone”u almağa tələsiblər backend

Çinli istehlakçılar hökumətin qadağan etməsinə baxmayaraq, yeni “iPhone15” smartfonlarını almağa tələsiblər.

Qaziler.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə CNBC onlayn platformalardakı satış məlumatlarına və hadisə şahidlərinin şərhlərinə əsasən xəbər verir.

Pekin vaxtı ilə səhər saat 10-a olan məlumata görə, onlayn nəhəng JD-nin Dada tətbiqi vasitəsilə “iPhone 15”in satışı “iPhone 14”ün ilk satış günündən 253 faiz çox olub. İlk 10 dəqiqədə artıq 25 min telefon müştərilərinə göndərilib. Məşhur JD.com və “Alibaba”dan ən bahalı “iPhone 15 Pro” və “Pro Max” modelləri satılıb.  

Pekinin mərkəzində yerləşən qabaqcıl "Apple Store" mağazasında insanlar yeni məhsulu ilk alanlardan olmaq üçün səhər tezdən növbəyə düzülüblər. Səhər saat 6:30-da gələn və növbədə 10-cu olan bir nəfər müəyyən bir marka almağı vətənpərvərlik hərəkəti hesab etmədiyini söyləyib.

QAZİLER.AZ

Diaspora