Polşa prezidenti Ukraynanın Aİ-yə daxil olması üçün şərtləri açıqlayıb

Polşa prezidenti Ukraynanın Aİ-yə daxil olması üçün  şərtləri açıqlayıb backend

“Avropa Birliyinə qoşulmazdan əvvəl Ukrayna korrupsiyaya qalib gəlməli və iqlim tənzimlənməsi tətbiq etməlidir”.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu fikirləri Polşa prezidenti Anjey Duda “Common Future” iqtisadi forumunda çıxışı zamanı deyib.

“Ukrayna korrupsiyanı məğlub etməlidir. İdarəetmədə və iqtisadiyyatda şəffaf mexanizm tətbiq edilsin, qanunlara əməl olunsun, iqlim tənzimlənməsi tətbiq edilsin. Bir sözlə, çox vacib və çox çətin dəyişikliklərə nail olmaq lazımdır”, - Duda bildirib.

Polşa liderinin qeyd etdiyi kimi, “Kiyev postsovet irsinin öhdəsindən təkbaşına gəlməlidir”.

QAZİLER.AZ

Diaspora