İraqda irqçilik və ayrı-seçkiliyə məruz qaldıqlarını deyən Afrika əsilli iraqlılar (Afro Iraqlılar) konstitusiya ilə hüquqlarının təmin olunmasını və rəsmi azlıq statusu qazanmasını gözləyirlər.
Afrika əsilli qara iraqlıların Abbasilər dövründən bəri bölgədə olduğu bildirilir. Xüsusilə Bəsrə və digər cənub əyalətlərində onların kifayət qədər əhalisi var.
Qarşılaşdıqları çətinliklərə baxmayaraq, afro iraqlılar adət-ənənələrini, mədəni və musiqi irsini qoruyub saxlayırlar. İraqlı qaradərililər musiqidən əlavə boks, güləş və futbol kimi idman növlərində də fərqlənirlər.
Qaradərili iraqlıların hüquqlarını müdafiə edən Bəsrədə yerləşən qeyri-hökumət təşkilatı Ənsar əl-Salam Dərnəyinin üzvü Zeynep Kirmeli AA müxbirinə Afro İraqlıların keçmişi və hazırkı siyasi və ictimai vəziyyəti ilə bağlı qiymətləndirmələr edib. O, bildirib ki, İraqda yaşayan qara dərililər onlara “Afro İraqlılar”ın deyilməsini tələb edirlər:
“Ərəb ölkələrində qaradərililərə qarşı ayrı-seçkilik və aşağılayıcı fikirlər var. Qaradərililər müasir dövlətdə mühüm vəzifələrdə yer ala bilməzlər. Biz cəmiyyətdə irqçilik və ayrı-seçkiliyin müxtəlif formalarına məruz qalırıq. Uşaqlarımız lağa qoyula bilər, xüsusən də tünd dərili olduqları üçün, onlar müxtəlif ayrı-seçkiliyə və zorakılığa məruz qalırlar”.
QAZİLER.AZ