ABŞ hazırda ölkədə yaşayan daha 14 600 əfqana müvəqqəti müdafiə statusu veriləcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən əfqan mühacirlərlə bağlı açıqlamasında deyib.
Açıqlamaya görə, 15 mart 2022-ci il və 20 sentyabr 2023-cü il tarixləri arasında ölkəyə daxil olan əfqan mühacirlərə müvəqqəti qoruma statusu veriləcək. Bununla da təxminən 14 min 600 əfqan daha bu statusdan faydalana biləcək.
Bundan əlavə, hazırda ABŞ-da müvəqqəti himayə altında olan 3100 Əfqanıstan vətəndaşının statusu 18 ay uzadılacaq.
"Departament bu müvəqqəti humanitar yardım vasitəsilə Əfqanıstan vətəndaşlarını dəstəkləməyə davam edəcək", - ABŞ Daxili Təhlükəsizlik naziri Alexandro Mayorkas deyib.
QAZİLER.AZ