Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında dəfn edilən “Vaqner” xüsusi hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinin məzar daşının üstünə qoyulan skripka yoxa çıxıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “78.ru” portalı məlumat yayıb. Skripka 1 aya yaxın məzarın üstündə olub.
Qeyd olunur ki, musiqi aləti yoxa çıxandan sonra qəbirin ətrafına videokamera quraşdırılıb. Artıq onun 24 saat mühafizəsi var.
“Oğurlandığını deyə bilmərəm. Baş verənlərdən: onlar mütəmadi olaraq məzarı ziyarət edirdilər, ona baxırdılar, sonra skripka yox oldu, alət yaxşı vəziyyətdə idi”, - qəbiristanlıq rəhbərliyi açıqlamasında deyib.
QAZİLER.AZ