Sentyabrın 21-də prezident Volodimir Zelenski Vaşinqtonda Amerika lideri Co Baydenlə görüşüb.
Qaziler.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, Zelenski Amerika lideri ilə görüşmək üçün Ağ Evə gəlib.
Bayden və həyat yoldaşı Ağ Evin qarşısında Volodimir və Yelena Zelenski ilə görüşüblər. Bundan sonra onlar əl-ələ verib birlikdə bir neçə fotoşəkil çəkdirib və prezident iqamətgahına yollanıblar.
Birgə mətbuat konfransındakı danışıqlardan sonra Baydenin Ukraynaya əlavə HIMARS sursatları, tank əleyhinə silahlar, artilleriya, döyüş sursatları və daha çox DPICM kaset sursatlarını ehtiva edən yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir.
QAZİLER.AZ