Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib.
Qaziler.az “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Bildirilib ki, hələlik başqa təfərrüatlar verilmir.
Bundan əvvəl “Politico” nəşri Ukrayna liderinin ölkənin yeni müdafiə naziri Rustem Umerovla birlikdə sentyabrın 21-də Pentaqona səfər etməyi planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, səfər zamanı Kiyev nümayəndələri Amerika hərbi departamentinin rəhbəri Lloyd Ostin ilə danışıqlar aparacaqlar. Bundan əlavə, ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Mark Millli və ştat ordusunun digər rəhbərləri ilə görüşlər gözlənilir.
QAZİLER.AZ