Ərəb ölkələrində əkin sahələri yox olmaq üzrədir

Ərəb ölkələrində əkin sahələri yox olmaq üzrədir backend

Ərəb ölkələrini təsiri altına alan səhralaşma problemi son illər müvəqqəti ekoloji problem olmaqdan çıxıb və bütün bölgədəki əkin sahələri üçün təhlükə mənbəyinə çevrilib.

Qaziler.az xəbər verir ki, Ərəb Valyuta Fondunun öz saytında dərc etdiyi araşdırmaya görə, ərəb dünyasında təxminən 35,7 milyon hektar kənd təsərrüfatı sahəsi səhralaşmanın təsiri altındadır. Bu, xüsusilə Sahara səhrasının ətəklərində yerləşən rayonlarda xarakterikdir.

Ərəb dünyasında torpaqların 68,4 faizi səhraya çevrildiyi halda, 20 faizi səhralaşma təhlükəsi qarşısındadır. Səhralaşmamış torpaqların ümumi sahəsi isə 11,6 faizlə məhdudlaşır.

Araşdırmada Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər kimi ərəb ölkələri səhralaşmış torpaqlar sayılır.

Misir, Cibuti, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Yəmən və Mərakeş də daxil olmaqla 10 ölkədə səhralaşmış torpaqların nisbəti 60-98 faiz arasında dəyişir.

Somali, Suriya və İraq kimi ölkələr də var ki, onların torpaqlarının 50 faizindən çoxu səhralaşma təhlükəsi altındadır.

QAZİLER.AZ

Diaspora