Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası “Rusiya”, “Rusiya Federasiyası” və “Moskva” sözlərinin kiçik hərflə yazılışını təsdiqləyib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” agentliyi məlumat yayıb.
Dəyişikliklər yalnız qeyri-rəsmi məzmunlu mətnlərə aiddir. Kiçik hərflərlə yazılan bu sözlər artıq dil qaydalarının pozulması kimi qəbul edilməyəcək.
QAZİLER.AZ