İsveçrə parlamenti referendumdan iki il sonra əhalinin 51%-nin ictimai yerlərdə üz örtüyü taxmağın qadağan edilməsini dəstəklədiyi qanun layihəsini qəbul edib.
Qaziler.az-ın Associated Press-ə istinadən bildirir ki, qanun pozuntusuna görə 1000 İsveçrə frankı məbləğində cərimə tətbiq olunacaq.
İctimai yerlərdə oxşar geyim (burqa və niqab) geyinənlərə cərimə tətbiq olunacaq. İstisna dini mərasimlər üçün nəzərdə tutulmuş yerlərdir. İstisnalar arasında tibbi və karnaval maskaları da yer alıb.
QAZİLER.AZ