Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyada türkiyəli hərbçilər tərəfindən 42 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yanvarın 1-dən etibarən öldürülən terrorçuların sayı 1271-ə yüksəlib.
Məlumatda deyilir:
Türk Silahlı Qüvvələrimiz; Təhdidləri mənbəyində aradan qaldırmağı qarşısına məqsəd qoyan dinamik və fəal müdafiə və təhlükəsizlik strategiyamız çərçivəsində PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükə ilə mübarizəni artan intensivlik və temp davam etdirir.
Bu çərçivədə son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla 42 terrorçu zərərsizləşdirilib.
Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı yanvarın 1-nə 1271-ə, 24 iyul 2015-ci ildən isə 38 min 614-ə çatıb.
QAZİLER.AZ