Qocalığı bir gün diplomatik böhran yaradacaq: Bayden Lula da Silvanın əlini sıxmadı - VİDEO

Qocalığı bir gün diplomatik böhran yaradacaq: Bayden Lula da Silvanın əlini sıxmadı - VİDEO backend

ABŞ prezidenti Co Bayden Braziliya prezidenti Lula da Silvanın əlini sıxmayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki. Braziliya prezidenti Lula da Silva ilə görüşündən sonra kameralar qarşısına keçən Co Bayden qəribə hərəkətlərinə bir yenisini əlavə edib. Bayden Lulanın əlini sıxmayıb. Baydenin ona məhəl qoymaması və əlini sıxmaması əsəbiləşən Silva reaksiyasını əli ilə göstərib.

ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşüb.

İki lider görüşdən sonra kameralar qarşısına keçib.

Mətbuat konfransı keçirən iki lider çıxışın sonunda əl sıxmalı olduqları halda  bu, baş verməyib.

Co Bayden Braziliya prezidenti Lula da Silvanın əlini sıxmayıb.

 

Baydenin ona məhəl qoymaması və əlini sıxmamasına əsəbiləşən Silva reaksiyasını əli ilə göstərib.

Baydenin Lulanın əlini niyə sıxmadığı məlum olmasa da, iki fərqli fikir irəli sürülüb.

Bunlardan biri, Baydenin Lulanın əlini bilərəkdən sıxmamasıdır.

Digəri variant isə yaşının irəliləməsi ilə əlaqədar zaman-zaman qəribə hərəkətlər sərgiləyən Baydenin bunlara bir yenisini əlavə etməsidir.

 

QAZİLER.AZ

Diaspora