İndoneziyada xəstəxanada partlayış baş verib

İndoneziyada xəstəxanada partlayış baş verib backend

İndoneziyanın Tangeranq Selatan şəhərində xəstəxanada partlayış baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İndoneziyanın Tangeranq Selatan şəhərindəki xəstəxanada partlayış baş verib. Bu barədə sentyabrın 21-də “Detiknews” portalı məlumat yayıb.

Hadisə radiologiya otağında saat 5:00 radələrində baş verib. Partlayışa səbəb MRT aparatının enerji təchizatı sisteminin həddindən artıq qızması olub. Daha sonra yanğın başlayıb və xəstəxananın mühafizəsi tərəfindən qısa zamanda söndürülüb.

Partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

Polis hadisə ilə bağlı təxribat ehtimalı da daxil olmaqla araşdırmaya başlayıb.

QAZİLER.AZ

Diaspora