Çinin cənubunda partlayışlar seriyasından sonra poçt bağlamalarının çatdırılması müvəqqəti olaraq dayandırılıb, poçt xidməti fəaliyyət göstərmir.
Çinin cənubunda partlayışlar seriyasından sonra poçt bağlamalarının çatdırılması müvəqqəti olaraq dayandırılıb, poçt xidməti fəaliyyət göstərmir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, fövqəladə vəziyyət sentyabrın 30-da Quansi-Çjuan muxtar rayonunun Lyuçjou şəhər dairəsinin Lyuçen qəzasında baş verib. Burada ekspress çatdırılma bağlamalarındakı 17 partlayıcı qurğu işə düşüb.
Bombalar ticarət mərkəzi, həbsxana, super-market, xəstəxana, avtomobil dayanacağı, bazar və hətta Dapu qəsəbəsinin administrativ binasında partlayıb. Partlayışlar dağıntılara səbəb olub, çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində 7 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 2 nəfər isə itkin düşüb.
Oktyabrın 1-də Lyuçen qəzasında daha bir partlayışın baş verdiyi bildirilir.