Bosniyada Srebrenitsa soyqırımı qurbanına aid olduğu düşünülən insan qalıqlar tapılıb

Bosniyada Srebrenitsa soyqırımı qurbanına aid olduğu düşünülən insan qalıqlar tapılıb backend

1995-ci ildə ölkədə baş verən və 8 mindən çox bosniyalı mülki vətəndaşın ölümünə səbəb olan Srebrenitsa soyqırımı qurbanlarından birinə aid olduğu düşünülən sümük qalıqları Bosniya və Herseqovina şimal-şərqində yerləşən Brcko şəhərində bir evin bağçasında tapılıb. 

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İtkin Şəxslər İnstitutundan verilən açıqlamaya görə, Brckoda bir evin bağçasında sümük qalıqları tapılıb. Bildirilib ki, qalıqlar ölkədə 1992-1995-ci illər müharibəsi zamanı soyqırımın baş verdiyi Srebrenitsa şəhərindən olan bosniyalı mülki şəxsə aid ola bilər.

Müharibədən dərhal sonra qalıqların Brckoya köçürüldüyü ifadə edilən açıqlamada, "Sümüklər böyük ehtimalla 2012-ci ildə mülk sahibi tərəfindən evinin bağçasındakı hovuzun altına basdırılaraq gizlədilib. Faktla bağlı araşdırmalar başlayıb".

Sümük qalıqları lazımi müayinələr və DNT analizləri üçün Tuzla şəhərindəki məhkəmə tibb mərkəzinə təhvil veriləcək.

QAZİLER.AZ

Diaspora