Kosovonun daxili işlər naziri Xhelal Sveçla Serbiya prezidenti Aleksandar Vucic-in icazəsiz Kosovoya gələcəyi təqdirdə saxlanılacağı barədə xəbərdarlıq edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Serbiya prezidentinin Kosovoya icazəsiz daxil olacağı təqdirdə saxlanılıb-saxlanmayacağı ilə bağlı suala Sveçla belə cavab verib:
"Kosovoya icazəsiz gəlirsə, bəli, şübhəsiz. Sizcə, xarici vətəndaş Kosovo qurumlarının icazəsi olmadan Kosovo Respublikasına necə daxil ola bilər? Nəticələri nələrdir? Nəticə odur ki, başqa dövlətin başçısı icazəsiz sizin əraziyə girirsə, sizin dövlətiniz yoxdur".
Sveçla həmçinin: "Vuçiçin icazəsiz Kosovoya gələcək qədər dəli olduğuna inanmıram", - deyib.
QAZİLER.AZ