Yaponiyanın Baş naziri Fumio Kişida Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında Yaponiyanın nüvə silahı olmayan bir dünyaya çatmasına kömək etmək üçün 20 milyon dollar (3 milyard yen) yardım edəcəyini bildirib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bunu yaponiyalı Baş nazir BMT-nin bu il ABŞ-ın Nyu-York şəhərində keçirilən 78-ci Baş Assambleyasında çıxışında deyib.
Nüvə tərksilahı üçün qlobal səylərin zəruriliyinə işarə edən Kişida, nüvə silahsızlanma şəbəkəsi yaratmaq üçün qlobal araşdırma qruplarına maliyyə dəstəyi verəcəyini bildirib. Kişida ölkəsinin nüvə silahı olmayan bir dünya üçün 20 milyon dollar (3 milyard yen) töhfə verəcəyini də bildirib.
QAZİLER.AZ