İran parlamenti ictimai yerlərdə məcburi hicab qanununun pozulmasına görə cərimə, bank xidmətlərinin bloklanması və məhkəmə tədbirlərini nəzərdə tutan qanunun 3 il sınaq müddəti üçün tətbiqini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, hökumətin məhkəmə sisteminin tövsiyəsi ilə hazırladığı və prezidentin imzası ilə parlamentə göndərdiyi “İffət və Hicab Mədəniyyətinin Dəstəklənməsi” qanun layihəsi səsverməyə çıxarılıb.
Qanun layihəsi parlamentdə iştirak edən 201 deputatdan 34-nün “xeyr” səsinə qarşı 152 səslə qəbul edilib. 7 deputat səsvermədə bitərəf qalıb. Qərara alınıb ki, qanun 3 il müddətində sınaqdan keçirilsin.
Qanunun qüvvəyə minməsi üçün parlamentin qəbul etdiyi qanunların yekun yoxlanışını həyata keçirən Konstitusiya Keşikçiləri Şurası (AKK) tərəfindən də təsdiqlənməlidir.
QAZİLER.AZ