Roma Papası Fransisk Qarabağda hərbi əməliyyatları dayandırmağa və vəziyyətin sülh yolu ilə həlli yollarını axtarmağa çağırıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Vatikanın Müqəddəs Pyotr meydanında çıxışı zamanı pontifik tərəfləri xalqın rifahı naminə atəşi dayandırmağa çağırıb.
“Mən bütün tərəfləri və beynəlxalq ictimaiyyəti silahları susdurmağa və xalqın rifahı və insan ləyaqətinə hörmət naminə sülh yolu ilə həll yolları tapmaq üçün hər cür səy göstərməyə çağırıram”, - Roma Katolik Kilsəsinin rəhbəri deyib.
QAZİLER.AZ