Britaniya Aİ-yə qayıda bilər

Britaniya Aİ-yə qayıda bilər backend

Böyük Britaniya Avropa İttifaqına Fransa və Almaniya tərəfindən hazırlanmış blokun əsaslı şəkildə genişləndirilməsi planları çərçivəsində “assosiativ üzv” kimi qoşula bilər.

Qeyd olunur ki, London institusional islahatlar üzrə Fransa-Almaniya işçi qrupunun tərtib etdiyi hesabatda təklif olunan strukturun dörd səviyyəsindən üçüncüsünə daxil ola bilər.

Bildirilir ki, assosiativ üzvlər Aİ-yə və onun siyasətlərinə sonrakı inteqrasiya ilə bağlı heç bir öhdəlik daşımayacaqlar. Bununla belə, assosiativ üzvlər olmaq istəyən ölkələr Avropa vahid bazarında iştirak etmək müqabilində Aİ büdcəsinə töhfələr verməli və Avropa Ədalət Məhkəməsinin qərarlarına tabe olmalıdırlar.

Mənbə: 1prime.ru

Diaspora