Ukrayna Polşadan tərəvəz idxalına qadağa qoya bilər

Ukrayna Polşadan tərəvəz idxalına qadağa qoya bilər backend

Ukrayna hökuməti yaxın günlərdə Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edə bilər.

Qaziler.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bunu “Rzeczpospolita” nəşrinə Ukraynanın iqtisadiyyat və ticarət nümayəndəsinin müavini Taras Kaçka deyib.

Onun sözlərinə görə, Ukrayna 5 aylıq danışıqlardan sonra mübahisənin həllinə ümidini itirib. Buna görə də Kiyev Ümumdünya Ticarət Təşkilatına müraciət edib.

O qeyd edib ki, Ukrayna tərəfi bununla bağlı Polşa hökumətindən heç bir cavab almayıb. Eyni zamanda, Kiyev üçün təkcə Polşadan qadağanı uzatmaq deyil, həm də onu daha çox sayda məhsula - un və taxıl üçün genişləndirməsi vacib idi.

QAZİLER.AZ

Diaspora