Liviyada sel sularının yuduğu ərazilərə pulsuz uçuşlar təşkil ediləcək.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Liviya hökumətinin internet saytında dərc olunan bəyanata görə, baş nazir və Nazirlər Kabinetinin işindən məsul Adil Cüma Əmir məsələ ilə bağlı nəqliyyat naziri Məhəmməd əl-Şahubiyə məktub göndərib.
Nazir Əmir məqaləsində, “Baş nazirin göstərişləri Tripoliyə qayıtmaq istəyən bütün xilasetmə və təcili yardım qrupları və fəlakət bölgələrində çalışan könüllülər üçün pulsuz uçuşların planlaşdırılması, təşkili və həyata keçirilməsini, eləcə də bütün texniki qüvvələrin yola salınmasının koordinasiyasını nəzərdə tutur”, bildirilib.
QAZİLER.AZ