Pakistanda gələn il keçirilməsi planlaşdırılan ümumi seçkilərdə 127 milyona yaxın seçici səs verəcək.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Pakistanda 2024-cü ilin fevral ayında keçirilməsi planlaşdırılan ümumi seçkilərdə səsvermə hüququ olan insanların sayı təxminən 127 milyon nəfərdir.
Seçki Komissiyasının paylaşdığı məlumatlara görə, 2018-ci ildə 105 milyon 955 min 409 olan seçici sayı 2024-cü ilin fevral ayında keçirilməsi planlaşdırılan ümumi seçkilərdə 126 milyon 980 min 272 nəfərə yüksəlib.
Ən çox seçiciyə malik əyalət 72 milyon 300 mindən çox əhalisi olan Pəncab olub. Ölkədəki əyalətlər arasında Sinddə 26 milyon 600 mindən çox, Xayber Paxtunxvada təxminən 21 milyon və Bəlucistanda 5 milyon 200 mindən çox seçici var.
Ümumi seçkilərdə 18-35 yaş arasında olan seçicilərin sayı 57 milyondan çoxdur.
Seçki Komissiyası hələlik ümumi seçki tarixlərini açıqlamasa da, mənbələr ümumi seçkilərin 2024-cü ilin fevralında keçiriləcəyini bildirir.
QAZİLER.AZ