Ukraynada müharibə hələ 6-7 il davam edə bilər - KİV

Ukraynada müharibə hələ 6-7 il davam edə bilər -  KİV backend

Birləşmiş Ştatlar və onun G7 müttəfiqləri hesab edirlər ki, Ukraynadakı müharibə illərlə davam edə bilər və bu ehtimalı öz hərbi və maliyyə planlarına daxil edirlər.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Avropanın G7 ölkələrindən birinin yüksək rütbəli rəsmisi müharibənin hələ 6-7 il davam edə biləcəyini bildirib. Bu, bir çox Qərb rəsmilərinin bu ilin əvvəlində gözlədiyi müddətdən xeyli uzundur. Jurnalistlərin fikrincə, son aylar Ukraynanın əks-hücum əməliyyatında ləng irəliləyişi gözləntiləri azaldıb.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi jurnalistlərə deyib: “Böyük yeddilik nümayəndələri bazar ertəsi axşam BMT Baş Assambleyası çərçivəsində nahar zamanı acınacaqlı mənzərəni müzakirə ediblər və münaqişənin orta və uzunmüddətli perspektivdə davam edəcəyi ilə bağlı razılığa gəliblər”.

QAZİLER.AZ

loading...
Diaspora