Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Müvəqqəti Müdafiə Direktivinin qüvvədə olma müddətini bir il uzadacaq.
Qaziler.az bildirir ki, Aİ Komissiyasından verilən yazılı açıqlamada, Komissiyanın Aİ Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif etdiyi bildirilib.
Komissiyanın təklifi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Aİ daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.
QAZİLER.AZ