Hindistanda ortaya çıxan "Nipah" virusu yeni qlobal epidemiya narahatlığı yaradır

Hindistanda ortaya çıxan "Nipah" virusu yeni qlobal epidemiya narahatlığı yaradır backend

Hindistanın Kerala əyaləti bu yaxınlarda COVID-19-dan daha ölümcül qeyd edilən Nipah virusu (NiV) ilə mübarizə aparılsa da, virusun qlobal epidemiyaya səbəb olacağı ilə bağlı narahatlıqlar var.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, paramiksovirus (tək zəncirli RNT virusu) ailəsinə aid olan yoluxucu və ölümcül "Nipah"a son həftələrdə Keralada 6 nəfər yoluxub və 2 nəfərin ölümünə səbəb olub.

Malayziyanın Nipah bölgəsinin adını daşıyan virus ilk dəfə 1998-ci ildə Malayziya və Sinqapurda donuz yetişdirənlərdə aşkar edilib.

Malayziyada virusa nəzarət etmək üçün 1 milyon donuz məhv edildi, bu da o dövrdə təxminən 300 hadisəyə və 100-dən çox insanın ölümünə səbəb oldu.

Sinqapurda virus Malayziyadan gətirilən donuzlarla təmasda olan 11 ət kəsimi  işçisi arasında görülüb və bir nəfərin ölümünə səbəb olub.

Nipah həmçinin 2001-ci ildən bəri Banqladeşdə 100-dən çox insanın həyatına son qoyub.

QAZİLER.AZ

Diaspora