Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib.
Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasitası məlumat yayıb.
Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə bitirmək üçün səy göstərdiyini bildirib.
Ərdoğan bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması məqsədi ilə Türkiyənin diplomatiyaya üstünlük verdiyini bildirib.
Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.