Dövlət Duması qərar verdi: Yalnız Rusiya avtomobilləri

Dövlət Duması qərar verdi: Yalnız Rusiya avtomobilləri backend

Dövlət Dumasının Şurası 2024-cü ildən deputatların Rusiya avtomobillərinə keçirilməsi barədə qərar qəbul edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Duma Şurası yekdilliklə qəbul etdiyi qərara görə,  deputatlar yalnız Rusiya avtomobil sənayesinin məhsullarından istifadə etməlidirlər.

Bu barədə Rusiya Federasiyası Parlamenti Palatasının mətbuat xidməti məlumat yayıb.

"Duma Şurası yekdilliklə qərar verdi ki, deputatlar yalnız Rusiya istehsalı olan avtomobillərdən istifadə etməlidirlər", - məlumatda deyilir.

Artıq 2024-cü ildən öz dairələrində deputatların yalnız yerli avtomobillərlə təmin olunması barədə qərar qəbul edilib.

QAZİLER.AZ

Diaspora