Rusiya ilə müharibə başlayandan bəri Ukraynadan Polşaya qaçanların sayı 17 sentyabr tarixinə 15 milyon 630 min, ölkəni tərk edənlərin sayı isə 14 milyona yaxınlaşıb.
Qaziler.az xarici mediayaya istinadən bildirir ki, Polşa Sərhəd Mühafizəsinin sosial media hesabında edilən paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana ölkəyə sıx tranzitin olduğu bildirilib.
Təkcə dünən Ukraynadan ölkəyə 28 min 600 nəfərin daxil olduğu bildirilib və "Müharibə başlayandan bu yana Ukraynadan Polşaya keçənlərin sayı 15 milyon 630 minə çatıb", - ifadəsi işlədilib.
Polşanı tərk edən ukraynalıların ümumi sayının 13 milyon 883 min nəfər olduğu qeyd edilib.
QAZİLER.AZ