Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 20-də braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə görüşəcək.
Bu barədə RBC-Ukrayna The Guardian-a istinadən xəbər verir.
“Braziliya prezidenti Luiz İnasio Lula da Silva çərşənbə günü Nyu-Yorkda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək”, - məlumatda deyilir.
The Guardian yazır ki, Lula Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləyən bəzi Qərb liderlərini müharibə ilə bağlı dəqiq mövqe tutmaqdan imtina etdiyinə görə qəzəbləndirib.
"Lula özünü Ukrayna ilə Rusiya Federasiyası arasında potensial sülh vasitəçisi kimi göstərməyə çalışaraq, "sülhün əldə olunması üçün bəzi ölkələr neytral qalmalıdır" iddiasını irəli sürüb".
QAZİLER.AZ