Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) seldən zərər çəkən Liviya üçün sığınacaq çadırları və səhra xəstəxanası qurulduğunu açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, AFAD-ın sosial media hesabından edilən açıqlamada: "Fəlakətin baş verdiyi ilk andan dost və qardaş Liviya xalqının yanındayıq. Sentyabrın 11-də "Daniel" qasırğasının səbəb olduğu daşqınlardan sonra Liviyada həyatın normala dönməsi üçün aparılan səylər fasiləsiz davam edir.
Bölgədə çalışan qruplarımız tərəfindən təbii fəlakətdən zərər çəkmiş liviyalı qardaşlarımız üçün sığınacaq çadırları və səhra xəstəxanası yaradılmışdır. İnsanımız üçün ölkəmizdə, insanlıq üçün sərhədlərimizin o tayında", - ifadələrindən istifadə edilib.
QAZİLER.AZ