Hazırda Belarusda “Vaqner” özəl hərbi şirkətinin mindən az silahlısı var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Müqavimət Mərkəzinə istinadən məlumat yayıb.
“Yerli mənbələrdən verilən məlumata görə, Belarusda 1000-dən az "vaqner"çi qalıb”, - məlumatda deyilir.
Eyni zamanda, Mərkəz aydınlaşdırır ki, onlardan 200 nəfəri Belarus Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstələrində təlimatçı olaraq qalır.
"Qalanları nə yeni özəl hərbi şirkətlərə, nə də Rusiya Müdafiə Nazirliyinə işə qəbul olunmaq istəməyənlərdir", - məlumatda deyilir.
QAZİLER.AZ