Türkiyə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə siyahısında "qırmızı", "narıncı" və "boz" kateqoriyalarında axtarılan PKK terror təşkilatı üzvləri Hülya Dəmirer, Cihat Ay və Çətin Temel Diyarbəkirin Kulp rayonunda zərərsizləşdirilib. Onların hər üçünün Diyarbəkirdə qanlı terror hücumları ilə dolu bir keçmişi var.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Diyarbakırın Qulp rayonunda Təhlükəsizlik Kəşfiyyatı Başçılığının koordinasiyasında EGM İHA və J-SİHA-ların da istifadə edildiyi əməliyyatda "qırmızı" kateqoriyada axtarışda olan "Axin Muş" kod adlı Hülya Demirer, "narıncı" kateqoriyada axtarışda olan "Rohat Pasur" kod adlı Cihat Ay və "boz" kateqoriyada axtarışda olan "Demhat" kod adlı Çetin Temel Demhat zərərsizləşdirilib.
Hülya Dəmirer Daxili İşlər Nazirliyinin Terrorla Axtarışda olanlar siyahısında “qırmızı” kateqoriyada axtarışda olub və təşkilatın daxili strukturunda Amed adlanan baş qərargah zabiti kimi fəaliyyət göstərib.
O, bir çox terror aktlarının sifarişçisi olub və bir çox terror aktlarında iştirak edib...
Digərləri də qanlı terrorların təşkilatçısı və icraçısı olublar.
QAZİLER.AZ