Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
“ABŞ-da saxlanılan şəxslər (Qətər milli aviaşirkəti) “Qatari Jet”ə köçürülür”, - mənbə bildirib.
Daha əvvəl agentliyin mənbəsi bildirmişdi ki, Qətər Vaşinqton və Tehrana İranın dondurulmamış 6 milyard dollarlıq aktivlərinin Dohadakı banklara köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, bu ilin avqustun 10-da ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib.
QAZİLER.AZ