Fransanın Alp dağlarında yerləşən xizək kurortu qlobal istiləşmə səbəbindən həmişəlik bağlanıb. Həqiqətən də qarın olmaması səbəbindən xizək mövsümü son vaxtlar ildə cəmi bir neçə həftə davam edib.
Qaziler.az xəbər verir ki, bu barədə UNİAN “İndependent”ə istinadla məlumat verib.
Bildirilib ki, böyük Trua Vakke xizək sahəsinin yaxınlığında yerləşən“La Sambuy” kiçik ailə kurortu keçən qış mövsümündə cəmi bir ay fəaliyyət göstərə bilib.
La Sambuy şəhərinin meri Jak Daleksin dediyinə görə, kurort məkanında demək olar ki, hər il dekabrın 1-dən martın 30-dək qar yağarmış: “Ancaq 2022/23 mövsümündə cəmi dörd həftə qar yağdı və yağan qar da çox deyildi”, - mer bildirib.
QAZİLER.AZ