Ukrayna onun taxıl və ərzaq məhsullarının idxalına qadağa qoyulmasına qərar verən Avropa İttifaqının (Aİ) üzvləri Polşa, Macarıstan və Slovakiyaya qarşı məhkəmə prosesi başlatmağı planlaşdırır.
Qaziler.az xəbər verir ki, Ukrayna Ticarət Nümayəndəsi Taras Kaçka Ukrayna ilə bəzi Aİ-yə üzv ölkələr arasında kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı ilə bağlı yaşanan problemlər barədə “Politico” saytına açıqlama verib.
Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağaya görə Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldıracağını bildirən Kaçka, "Bu hərəkətlərin hüquqi baxımdan yanlış olduğunu sübut etmək çox vacibdir. Ona görə də sabahdan məhkəmə prosesinə başlayacağıq” deyib.
Kaçka izah edib ki, Polşa, Macarıstan və Slovakiyanın Brüsselə qarşı açıq meydan oxuması təkcə Aİ-nin daxili məsələsi deyil, həm də beynəlxalq ticarət tərəfdaşlarının Brüsselə etimadı ilə bağlı məsələdir.
QAZİLER.AZ