Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninin andiçmə mərasimində iştirak edib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Kramlin teleqram kanalında məlumat verilib.
O, paytaxt rəhbərini təbrik edərək, əhalinin etimadının səviyyəsini qeyd edib. Onun sözlərinə görə, moskvalılar Sobyaninin təşəbbüslərini bəyənirlər, çünki onun işinin real nəticələrini görürlər.
“Son seçkilərdə seçicilərin 75%-dən çoxu sizə səs verib. Belə yüksək etimad inandırıcı şəkildə moskvalıların geniş dəstəyini, onların sizin təşəbbüslərinizi, planlarınızı və ən əsası, işinizin nəticələrini bəyəndiyini sübut edir”, - Putin çıxışında qeyd edib.
QAZİLER.AZ