Kazanda deputat narkotik maddəyə görə saxlanılıb

Kazanda deputat narkotik maddəyə görə saxlanılıb backend

Polis Kazanda Tatarıstan Dövlət Şurasının deputatını bir qram mefedronla saxlayıb.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Mash Iptash” teleqram kanalında məlumat yayılıb.

Kanalın məlumatına görə, söhbət Rüstəm Xasanovdan gedir. Hüquq-mühafizə orqanları onu cinayət başında yaxalayıblar.

“Mash Iptash” yazır ki, deputat yaddan çıxarıb qoyduğu narkotik maddəni axtararkən, artıq narkotiklərlə mübarizə idarəsindən növbətçilər onu izləyirmiş. Çantanı götürəndə dərhal saxlanılıb.

Tatarıstan Dövlət Şurasının rəsmi saytından verilən məlumata görə, Xasanov sosial siyasət komitəsinin üzvüdür. O, vaxtilə “Yaxşı əməllər günü” xeyriyyə fonduna da rəhbərlik edib.

QAZİLER.AZ

Diaspora