"Ukrayna gec-tez alyansa qoşulacaq, lakin nə vaxt olacağını dəqiqləşdirməmişik".
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Funke" qəzetinə müsahibəsində deyib.
"Şübhə yoxdur ki, Ukrayna NATO-ya daxil olacaq", - Stoltenberq bildirib.
Eyni zamanda, NATO rəhbəri qeyd edib ki, Ukraynada döyüşlərin nə vaxt bitəcəyini heç kim bilmir. Onun sözlərinə görə, əksər münaqişələr əvvəldən gözlənildiyindən daha uzun sürür.
“Buna görə də biz Ukraynada uzun müharibəyə hazır olmalıyıq. Biz hamımız tez sülh istəyirik”, - o əlavə edib.
Stoltenberqin sözlərinə görə, Ukrayna döyüşləri dayandırarsa, o, mövcudluğunu dayandıracaq. O vurğulayıb ki, münaqişə bitdikdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanəti lazımdır, əks halda tarix təkrarlana bilər.