İtaliya üzünü AB-yə tutdu: Kömək edin!

İtaliya üzünü AB-yə tutdu: Kömək edin! backend

İtaliya hökumətinin başçısı Corciya Meloni AB-ni ölkəyə dəniz yolu ilə gələn qanunsuz mühacir axınının qarşısını almağa köməyə çağırıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Onun sözlərinə görə, Avropaya qanunsuz mühacirlərin olduğu qayıqların qarşısını almaq üçün AB missiyasının köməyi lazımdır.

Meloni həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni təkcə son günlərdə bir neçə min qanunsuz immiqrantın gəldiyi Lampeduza adasına səfərə dəvət edib. Leyenin bazar günü adaya səfəri gözlənilir. Öz növbəsində, İtaliya hakimiyyəti qanunsuz miqrasiya ilə mübarizə üçün bir sıra yeni tədbirlər hazırlayır. Onlar bazar ertəsi elan edilə bilər.

 

 

 

Diaspora