Etiraz aksiyası: Fermerlər bu məhsulların idxalını istəmirlər

Etiraz aksiyası: Fermerlər bu məhsulların idxalını istəmirlər backend

Bolqarıstan fermerləri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı etiraz aksiyaları keçirirlər.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bolqarıstanlı fermerlər parlamentin Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti məhdudiyyətləri uzatmamaq qərarı ilə əlaqədar etiraz aksiyalarına başlayıblar.

Fermer təşkilatları bildiriblər ki, parlament Ukraynanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ləğv etmək qərarına yenidən baxana qədər aksiyalar dinc və qeyri-müəyyən xarakter daşıyacaq.

Fermerlər onların etirazlarını bir milyona yaxın vətəndaşın dəstəkləyəcəyinə əmindirlər.

Qeyd edək ki, bundan əvvəl fermerlər hökumətin təklif etdiyi kompensasiya ilə razılaşmadıqlarını və sənaye üçün subsidiyalar istədiklərini bildiriblər.

 

 

Diaspora