Ukrayna deputatı vətənə xəyanətə görə həbs edildi

Ukrayna deputatı vətənə xəyanətə görə həbs edildi backend

Ukraynanın xalq deputatı Nestor Şufriç vətənə xəyanət ittihamı ilə həbs edilib.

QAZİLER.AZ   Axar.az-a istinadən xəbər verir ki, Kiyevin Peçerski Rayon Məhkəməsi onun barəsində istintaq müddətində 2 aylıq həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gün Ukrayna Təhlükəsizlik Xidməti deputat Şufriçin evində axtarış aparıb. Onun evindən Georgiyev lenti, medallar, ordenlər, habelə rus formaları və sovet sənədləri kolleksiyası tapıblar. Həmçinin 2014-cü il tarixli Donetsk və Luqansk vilayətləri üçün “muxtariyyət” sxemi olan sənəd də aşkarlanıb. Sənəddə dövlətə xəyanətdə şübhəli bilinən keçmiş xalq deputatı Viktor Medvedçukun da imzası var.

İşdə onun FSB agenti, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Vladimir Sivkoviçlə işlədiyi bildirilir. Sivkoviç Ukraynadakı Rusiya kəşfiyyat şəbəkəsini koordinasiya edib.

 

 

Diaspora