Britaniya "Vaqner"i rəsmən terror təşkilatı elan etdi

Britaniya "Vaqner"i rəsmən terror təşkilatı elan etdi backend

Britaniya hökuməti rus muzdlularından ibarət "Vaqner" qrupunu rəsmən terror təşkilatları siyahısına daxil edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərə Daxili İşlər Nazirliyindən verilən açıqlamada Vaqnerin İngiltərə qanunlarına görə "qadağan edilmiş terror qrupları və ya təşkilatlar" siyahısına daxil edildiyi bildirilib.

Belə ki,  "Vaqner" tərəfdarlarına 14 ilə qədər həbs, mal varlıqlarının dondurulması və ya müsadirə edilməsi kimi tədbirlər görülə bilər.

Qərarla "Vaqner" və onun görüşlərinə qatılmaq və onlara dəstək olmaq, ictimai yerlərdə "Vaqner"i təmsil edən gerb, loqo və bayraqları daşımaq da cinayət sayılacaq.

QAZİLER.AZ

Diaspora