Sərxoş turistin heykələ dırmaşması 19 min dollar ziyana səbəb oldu - VİDEO

Sərxoş turistin heykələ dırmaşması 19 min dollar ziyana səbəb oldu - VİDEO backend

Belçikanın paytaxtı Brüsseldə sərxoş turistin dırmaşdığı heykəlin qolunun qırıldığı və 19 min dollar dəyərində ziyanın olduğu açıqlanıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Belçikanın paytaxtı Brüsseldə irlandiyalı turist birja binasının qarşısındakı yaxın zamanda bərpa edilmiş heykəlin üzərinə çıxıb.

Sərxoş olduğu bildirilən turist heykəldən düşmək istəyərkən heykəlin qolunu sındırıb. Həmin anlar ətrafdakılar tərəfindən lentə alınarkən polis hadisə yerinə gəlib. Heykəli zədələyən turist qısa müddət sonra yaxınlıqdakı fast food restoranında saxlanılıb.

Heykəlin təmir xərcinin 19 min dollar olduğu öyrənilib. Bazar günü baş verən hadisədən sonra səlahiyyətlilər xərclərin turist tərəfindən ödənilməsini tələb ediblər.

Birjanın binası 3 illik bərpadan sonra şənbə günü yenidən açılıb. Layihə çərçivəsində binanın qarşısındakı heykəl də bərpa edilmişdi.

QAZİLER.AZ

Diaspora