Macarıstan İsveçin NATO-ya daxil olmasını əngəlləmək üçün yeni səbəb tapıb

Macarıstan İsveçin NATO-ya daxil olmasını əngəlləmək üçün yeni səbəb tapıb backend

Macarıstan yenə də İsveçi ölkəsini tənqid etməkdə ittiham edib. Budapeşt ölkənin NATO-ya daxil olmasını əngəlləməklə hədələyir.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyartonun isveçli həmkarı Tobias Bilstremə ünvanladığı məktubda deyilib. Onun surətini Macarıstan hökumətinin mətbuat katibi Zoltan Kovaç tvitterdə dərc edib.

"Əminəm ki, siz bu iki fenomen arasındakı ziddiyyəti başa düşürsünüz. Siz bizim parlamentariləri NATO-ya daxil olmanızı ratifikasiya etməyə çağırırsınız, lakin siz özünüz onları Macarıstanda demokratiyanı məhv etməkdə ittiham edirsiniz. Bu ziddiyyət daha da güclənib və şübhəsiz ki, heç bir töhfə vermir”, - deyə Siyarto məktubda bildirib.

QAZİLER.AZ

Diaspora